“Fənərbağça”nın müdafiəçisi “Beşiktaş”a KEÇƏ BİLƏR

“Fənərbağça”nın müdafiəçisi “Beşiktaş”a KEÇƏ BİLƏR

Hazırda oxunan: “Fənərbağça”nın müdafiəçisi “Beşiktaş”a KEÇƏ BİLƏR

574779

"Fənərbağça"nın müdafiəçisi Çağlar Söyüncü İstanbulda klubunu dəyişə bilər.

Bizim.Media xəbər verir ki, "Beşiktaş" türkiyəli futbolçunu transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Qara qartallar"ın baş məşqçisi Sergen Yalçın Çağların oyununu bəyənir. "Beşiktaş" rəhbərliyi yanvar ayında 29 yaşlı mərkəz müdafiəçisini icarəyə götürmək üçün onun klubuna təklif göndərəcək.

Qeyd edək ki, "Fənərbağça" Çağlar Söyüncünü 2024-cü ilin yanvar ayında "Atletiko"dan transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxddığı 5 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO