“Monako” baş məşqçi Adi Hütteri ilə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klub açıqlamasında Hütter və onun məşqçi heyətinə göstərdikləri xidmətə görə təşəkkür edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, avstriyalı mütəxəssis 2023-cü ilin yayından komandaya rəhbərlik edirdi. Onun rəhbərliyi altında “Monako” bütün turnirlərdə 93 oyuna çıxıb. Bunlardan 49 qələbə, 18 heç-heçə və 26 məğlubiyyət qeydə alınıb.
Xatırladaq ki, yeddi turundan sonra “Monako” 13 xal toplayaraq turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
07:30 / 11.10.2025
Adi Hütter “Monako”dan ayrıldı - Rəsmi
Hazırda oxunan: Adi Hütter “Monako”dan ayrıldı - Rəsmi
Hazırda oxunan: Adi Hütter “Monako”dan ayrıldı - Rəsmi
574671
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.