DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması sabah Fransa ilə qarşılaşacaq.
Bizim.Media xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə bildirib ki, komanda hazırdır:
“Fransa millisi haqda çox danışmağa ehtiyac yoxdur. Əsas odur ki, biz necə reaksiya verəcəyik. Hazırlıqlarımız tamamlanıb və sabah meydançanın hər qarışı uğrunda mübarizə aparacağıq.”
O, əlavə edib ki, son günlər komandada psixoloji hazırlıq da aparılıb və bütün oyunçular matça hazırdır:
“Komanda yoldaşlarımızla oyunu müzakirə etmişik. Hamımız hazırıq və sabah meydanda yaxşı mübarizə aparacağıq".
Bizim.Media