Boksçumuz ikiqat Avropa çempionu OLDU

Boksçumuz ikiqat Avropa çempionu OLDU

Hazırda oxunan: Boksçumuz ikiqat Avropa çempionu OLDU

574429

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatında qızıl medal qazanıb.

Boks Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, 50 kiloqram çəkidə mübarizə aparan millinin lideri finalda italiyalı Tommaso Orlando ilə qarşılaşıb.

Döyüş boksçumuzun inamlı qələbəsi ilə başa çatıb. Nəzərov rəqibini 5:0 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə Avropa çempionu tituluna yiyələnib və Çexiyada Azərbaycan himnini səsləndirib.

Banuçiçək Nəsirli (48 kiloqram) isə finalda Matilda Fraqnye (Fransa) ilə üz-üzə gəlib. Rəqib qalib gəldiyindən boksçumuz gümüş medala yiyələnib.
 

Beləliklə, Azərbaycan millisi Avropa çempionatında 5 medala sahib olub. Daha öncə Zidan Hümbətov (55 kiloqram), Sübhan Babayev (60 kiloqram) və İlkanə Əhmədova (+80 kiloqram) 3-cü yeri tutublar.


Qeyd edək ki, 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan boksçular oktyabrın 11-də Vətənə qayıdacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO