AFFA bu klubları cərimələdi - MƏBLƏĞLƏR

AFFA bu klubları cərimələdi - MƏBLƏĞLƏR

Hazırda oxunan: AFFA bu klubları cərimələdi - MƏBLƏĞLƏR

574421

"Neftçi", "Zirə", "Sumqayıt" və "Şamaxı" klubları cərimələnib.

Bizim.Media xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin məlumatında qeyd olunub.

Misli Premyer Liqasının VII turunda ən çox cərimə edilən klub "Neftçi" olub. Belə ki, "Zirə" - "Neftçi" oyununun 90+7-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Ayron Qomis ikinci sarıdan qırmızı vərəqə aldığı üçün bir oyun cəzalanıb, paytaxt klubu 500 manat, dörd nəfər sarı vərəqə aldığı üçün isə 700 manat cərimə olunub.

Həmçinin komandanın azarkeşləri tərəfindən kütləvi iğtişaş törədildiyinə görə "Neftçi" 10 000 manat cərimə ödəməli olacaq. Bundan başqa, oyunun 90+5-ci dəqiqəsində "Neftçi"nin məşqçisi Vəfadar Quliyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün iki oyun cəzalanıb və klubunu 5 000 manat ziyana salıb.

"Zirə" klubu isə VAR maşını ətrafında təhlükəsizlik tam təmin edilmədiyinə görə 1 000 manat ziyana düşüb.


"Sumqayıt" - "Turan Tovuz" görüşündə 4 futbolçusu sarı vərəqə aldığı üçün meydan sahibi 700 manat cərimə ödəyəcək.

"Qəbələ" - "Şamaxı" oyununda 4 futbolçusu sarı vərəqə alan "Şamaxı" klubu da 700 manat cərimələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO