“Diqqətimizi İslandiyaya yönəltməzdən əvvəl Azərbaycanla matça ciddi yanaşmalıyıq. Hər oyunun öz reallığı var və biz sabah qələbə qazanmalıyıq”.
Bizim.Media xəbər verir ki, bu sözləri Fransa millisinin futbolçusu Kilian Mbappe DÇ-2026-nın seçmə mərhələsində Parisdə Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
27 yaşlı hücumçu yığmamızın seçmə mərhələnin son turunda Bakıda Ukrayna ilə heç-heçə etməsini xüsusi vurğulayıb: “Bu qarşılaşma İslandiya ilə matçdan az önəmli deyil. Məqsəd dünya çempionatına vəsiqə qazanmaqdır. Vəsiqə təmin olunana qədər mübarizə aparmalıyıq”.
Meydana çıxmağa hazır olduğunu söyləyən forvard istənilən komandaya qol bura biləcəyini ifadə edib: “Mən sabah oynamaq istəyirəm, baş məşqçi də buna qarşı deyil. Ciddi problemlərin olacağını düşünmürəm. özümü yaxşı hiss edirəm. Bu gün məşq edəcəyəm, bu oyunöncəsi son hazırlıq olacaq. Xüsusi narahatlığım yoxdur”.
Qeyd edək ki, oktyabrın 10-da “Park de Prens” stadionunda keçiriləcək Fransa - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
Bizim.Media