Kyeza milliyə dəvəti niyə qəbul etməyib?

Kyeza milliyə dəvəti niyə qəbul etməyib?

Hazırda oxunan: Kyeza milliyə dəvəti niyə qəbul etməyib?

574292

“Liverpul”un hücumçusu Federiko Kyeza bu ay İtaliya millisinin oyunlarında iştirak etməyəcək.

Bizim.Media xəbər verir ki, futbolçu fiziki hazır olmadığını əsas gətirərək baş məşqçi Cennaro Qattuzonun çağırışını qəbul etməyib.

Qattuzo mətbuata açıqlamasında vurğulayıb ki, Kyeza bu fasilədən istifadə edərək bərpa olunacaq və onun vəziyyəti komandada diqqətlə izlənilir.

Qeyd edək ki, Kyeza bu mövsüm 6 matçda meydana çıxaraq, 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
 

İtaliya millisi bu ay 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Estoniya və İsrail yığmalarına qarşı oyun keçirəcək.


Xatırladaq ki, “Liverpul” UEFA Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO