Onlar da DÇ-2026-ya vəsiqə QAZANDILAR

Onlar da DÇ-2026-ya vəsiqə QAZANDILAR

Hazırda oxunan: Onlar da DÇ-2026-ya vəsiqə QAZANDILAR

574281

DÇ-2026-nın seçmə mərhələsinin 9-cu turunda Misir millisi Cibutini 3:0 hesabı ilə məğlub edib.

Bizim.Media xəbər verir ki, bu qələbə ilə Misir A qrupunda liderliyini təmin edərək mundiala vəsiqə qazanıb.
 

Oyunda ilk qolu 8-ci dəqiqədə İbrahim Adel vurub. “Liverpul”un hücumçusu Məhəmməd Salah isə 14-cü və 84-cü dəqiqələrdə fərqlənməklə dubla imza atıb.


Qeyd edək ki, Misirdən əvvəl Afrikadan DÇ-2026-nın final mərhələsinə vəsiqəni Mərakeş və Tunis də qazanıb.

2026-cı il dünya çempionatında ümumilikdə 48 milli komanda iştirak edəcək və onlar dörd komandalı 12 qrupa bölünəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO