PSJ-dən Yamal üçün rekord məbləğdə TƏKLİF

PSJ-dən Yamal üçün rekord məbləğdə TƏKLİF

Hazırda oxunan: PSJ-dən Yamal üçün rekord məbləğdə TƏKLİF

574278

Fransanın PSJ klubu “Barselona”nın gənc futbolçusu Lamin Yamalı heyətinə cəlb etmək üçün hərəkətə keçib.

Bizim.Media xəbər verir ki, Paris təmsilçisi ispaniyalı vinger üçün 230 milyon avroluq təklif hazırlayıb.

Xəbərdə bildirilib ki, Fransa nəhəngi 18 yaşlı oyunçunun transferi üçün yaxın zamanda Kataloniya klubu ilə danışıqlara başlayacaq.
 

Qeyd edək ki, “Barselona” akademiyasının yetirməsi olan Yamal bu mövsüm əsas komandada 5 oyunda meydana çıxaraq 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


Xatırladaq ki, İspaniya millisinin üzvünün Kataloniya klubu ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO