“Barselona” “Borussiya”nın hücumçusu üçün hərəkətə keçdi

“Barselona” “Borussiya”nın hücumçusu üçün hərəkətə keçdi

Hazırda oxunan: “Barselona” “Borussiya”nın hücumçusu üçün hərəkətə keçdi

574269

“Borussiya” (Dortmund) klubunun hücumçusu Seru Qirassi növbəti mövsümdə yeni komandaya keçid ehtimalını nəzərdən keçirir.

Bizim.Media xəbər verir ki, 29 yaşlı qvineyalı forvard “Barselona”nın maraq dairəsindədir.

Kataloniya klubu onu Robert Levandovskinin yerinə mümkün namizəd kimi görür.
 

Xəbərdə bildirilir ki, Qirassi rəhbərliklə anlaşaraq müqaviləsindəki çıxış bəndinin məbləğini 65 milyon avroya endirib. Bu maddə 2026-cı ilin yayından qüvvəyə minəcək.


Qeyd edək ki, təcrübəli hücumçu cari mövsümdə “Borussiya”nın heyətində 8 rəsmi oyuna çıxıb, 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO