"Paris Open": Qadın karateçimiz finala vəsiqə qazandı

Hazırda oxunan: "Paris Open": Qadın karateçimiz finala vəsiqə qazandı

56725

Azərbaycanın qadın karateçisi İrina Zaretska "Paris Open 2022" turnirində finala vəsiqə qazanıb.

Bizim.Media xəbər verir ki, 61 kq-da çıxış edən 26 yaşlı idmançı həlledici görüşdə fransalı Alizye Ajye ilə qarşılaşacaq.

Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı mübarizəyə 1/8 final mərhələsindən başlayıb.

Əvvəlcə yerli karateçi Çayme Zaudjala qalib gələn ikiqat dünya və Avropa çempionu növbəti raundda kosovolu Festina Kurrini məğlub edib.

Zaretska yarımfinalda isə Fransanın digər təmsilçisi Taliya Sombedən üstün olub.

Qeyd edək ki, final görüşü bu gün keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO