Futzal millimiz Avropa çempionatında mübarizəyə başlayır – 2 ciddi itki ilə

Futzal millimiz Avropa çempionatında mübarizəyə başlayır – 2 ciddi itki ilə

Hazırda oxunan: Futzal millimiz Avropa çempionatında mübarizəyə başlayır – 2 ciddi itki ilə

56593

Futzal üzrə Azərbaycan milli komandası bu gün Avropa çempionatının final mərhələsində mübarizəyə başlayacaq.

Bizim.Media-nın məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv D qrupundakı ilk oyununda Gürcüstan yığması ilə qarşılaşacaq.

Niderlandın Qroningen şəhərindəki "Martini Plaza"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Matçı fransalı referi Sedrik Pelisye idarə edəcək. Koronavirus pandemiyası səbəbindən oyun azarkeşsiz keçiriləcək. Bu qrupun digər oyununda İspaniya millisi Bosniya və Herseqovinanı sınağa çəkəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan millisinin daha iki üzvü koronavirusa yoluxdu


Azərbaycan seçməsi 6-cı dəfə qitə çempionatının final mərhələsində mübarizə aparacaq. Yığmanın heyətində 2 futzalçının meydana çıxıb-çıxmayacağı sual altındadır. Qapıçı Rövşən Hüseynli və müdafiəçi Qallodan götürülmüş analizlərin nəticəsi müsbət çıxıb.

Buna görə də hər iki futzalçıdan PCR testi götürülüb və cavablar oyun günü açıqlanacaq. Testin nəticəsi neqativ çıxarsa, hər iki futzalçı Gürcüstanla matçda iştirak edə biləcək.

Qeyd edək ki, Azərbaycan millisi D qrupundakı ikinci oyununu yanvarın 26-da İspaniyaya qarşı keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO