DÇ-2022: Bilet üçün 1 gündə 1 milyondan çox müraciət

DÇ-2022: Bilet üçün 1 gündə 1 milyondan çox müraciət

Hazırda oxunan: DÇ-2022: Bilet üçün 1 gündə 1 milyondan çox müraciət

56467

Bu il Qətərdə keçiriləcək dünya çempionatına bilet satışının başlaması böyük marağa səbəb olub.

Bizim.Media xəbər verir ki, ilk 24 saat ərzində dünya üzrə azarkeşlər tərəfindən 1,2 milyon bilet üçün müraciət gəlib.

FİFA-nın rəsmi saytı ən çox tələbin yerli fanatlardan olduğunu açıqlayıb. Daha sonra Argentina, Meksika, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, Hindistan, Səudiyyə Ərəbistanı, Braziliya və Fransadan olan tərəfdarlar bilet almaq istəyib.

Artıq final qarşılaşması üçün 140 mindən çox, açılış görüşü üçün isə 80 mindən çox bilet sifariş olunub. Əlavə edək ki, bilet satışının ilkin mərhələsi fevralın 8-dək davam edəcək.

Qeyd edək ki, Qətərdəki dünya çempionatı 21 noyabr - 18 dekabrda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO