Bakıda 20 Yanvar şəhidlərinin xatirəsinə beynəlxalq turnir keçiriləcək - FOTO

Bakıda 20 Yanvar şəhidlərinin xatirəsinə beynəlxalq turnir keçiriləcək - FOTO

Hazırda oxunan: Bakıda 20 Yanvar şəhidlərinin xatirəsinə beynəlxalq turnir keçiriləcək - FOTO

56363

21-22 yanvar tarixlərində Azərbaycan Milli Karate Federasiyası və “Arpaçay” Karate Klubunun birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş VI "Arpachay Open" beynəlxalq karate turniri keçiriləcək. 

Bizim.Media xəbər verir ki, ənənəvi yarışda 30-dək klubu təmsil edən 550-dək idmançı iştirak edəcək.

Xatirə turniri uşaq, yeniyetmə və 21 yaşadək gənclər arasında 7 yaş dərəcəsi üzrə təşkil olunacaq.

6-7, 8-9 və 10-11 yaşlı uşaqlar sabah, 12-13 yaşlı uşaqlar, eləcə də 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər isə bazar günü mübarizə aparacaq.

Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək beynəlxalq xatirə turnirinin təntənəli açılış mərasimi sabah saat 17:00-da başlanacaq.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO