Kapoeyra komandamız Budapeştdə 14 medal qazandı - FOTO

Kapoeyra komandamız Budapeştdə 14 medal qazandı - FOTO

Hazırda oxunan: Kapoeyra komandamız Budapeştdə 14 medal qazandı - FOTO

55807

Azərbaycan Kapoeyra Federasiyasının yığma komandası yanvarın 14-16-da Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən beynəlxalq turnirdə 16 idmançı ilə iştirak edib.

Bizim.Media xəbər verir ki, yığma komandamız medal sayına görə (14 medal) ümumi hesabda 2-ci olub.

Uşaq kateqoriyalarında Fəxri Məmmədəlizadə, Cavidan Pənahlı, Şəms Rəhimzadə birinci yeri tutublar.

Qabil Vəliyev, Rəsul Muradlı, Maksim Okolokulak, Əli Məmmədli ikinci, Kənan Abdullayev, Cavadxan Məmmədzadə isə üçüncü olublar.

Böyüklər kateqoriyasında Fərid Allahverdiyev (82 kq) qalib gəlib. Oxçu Şahmuradovla (+82 kq) Xuraman Ramazanova (+60 kq) ikinci, Fərid Səlimovla (-70 kq) Elsevər Heydərov (82 kq) üçüncü yeri tutublar.

Yarışda Elgiz Əlizadə, Oxçu Şahmuradov və Zahid Rüstəmbəyov hakim olaraq ölkəmizi təmsil ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO