Döyüşçümüz çempionluq kəmərini əfsanəvi idmançıdan aldı

Döyüşçümüz çempionluq kəmərini əfsanəvi idmançıdan aldı

Hazırda oxunan: Döyüşçümüz çempionluq kəmərini əfsanəvi idmançıdan aldı

55088
Belarusun paytaxtı Minskdə qarışıq döyüş növləri üzrə (MMA) dünya çempionatı keçirilib.
 
Moderator.az Publika.az -a istinadən xəbər verir ki, 6 çəki dərəcəsində baş tutan finallarda Azərbaycan idmançısı Zaur Hacıbabayev də iştirak edib. 93 kq-dan yuxarı çəkidə çıxış edən Zaur Hacıbabayev finalda Qazaxıstan idmançısı Moxmad Sulimanovu nokautla məğlub edərək dünya çempionu olub.
 
Mükafatlandırma mərasimində Zaur Hacıbabayevə çempionluq kəmərini MMA üzrə dəfələrlə dünya və Avropa çempionu, əfsanəvi Fyodr Yemelyanenko təqdim edib.
 
Qeyd edək ki, Zaur Hacıbabayev MMA üzrə Dünya Kubokunun qalibi, Avropa çempionatının mükafatçısı, Asiya çempionudur. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO