Karate üzrə böyüklər arasında respublika çempionatı start götürdü

Karate üzrə böyüklər arasında respublika çempionatı start götürdü

Hazırda oxunan: Karate üzrə böyüklər arasında respublika çempionatı start götürdü

54524

Yanvarın 9-da Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki İdman-Sağlamlıq Klubunda böyüklər arasında karate üzrə 29-cu respublika çempionatı start götürüb.

Bizim.Media xəbər verir ki, çempionatın kumite yarışlarında kişilər 60, 67, 75, 84, +84 kiloqram çəki dərəcələrində mübarizə aparırlar.

Qadın karateçilər isə 50, 55, 61, 68, +68 kiloqram çəki dərəcələri üzrə yarışlarda güclərini sınayırlar.

Kumite yarışları ilə yanaşı, karateçilər fərdi kata turnirində də iştirak edəcəklər.

Qalib və mükafatçılara Azərbaycan Karate Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının kubok, medal və diplomları təqdim olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO