"Mahir Emreli "Dinamo"ya keçsə..." - 1.2 milyonluq borc

Hazırda oxunan: "Mahir Emreli "Dinamo"ya keçsə..." - 1.2 milyonluq borc

54386

Xorvatiyanın "Sportske novosti" nəşri millimizin hücumçusu Mahir Emrelinin Zaqrebin "Dinamo" klubuna mümkün keçidi ilə bağlı yayılan xəbərləri şərh edib.

Bizim.Media-nın xəbərinə görə, qəzetin yazısında qeyd edilir ki, hələlik bu məlumatlara "Dinamo"dan təsdiq cavabı alınmayıb:

"Amma bu xəbərləri təkzib etmək də olmur. "Dinamo" və "Legiya" bir-biri ilə artıq işbirliyində olub. Polyaklar Lirim Kastratini "Dinamo"dan 1.4 milyon avroya alıb. Bu məbləğ 24 ay ərzində ödənməli idi.

Bizdə olan xəbərə görə, "Legiya" cəmi 200 min avronu "Dinamo"nun hesabına köçürüb. Bu, nə məna kəsb edir? Əgər Emreli "Dinamo"ya keçsə, bu, kluba ucuz başa gələ bilər. Axı, Kastratinin transferinə görə "Legiya"nın 1.2 milyon avro borcu qalıb. Polşa mənbələri bildirir ki, Emrelinin Polşada illik maaşı 300 min avro təşkil edir".

Xatırladaq ki, M.Emrelinin bu qış  "Legiya"dan ayrılacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO