Mahir Emreli \

Mahir Emreli \"Legiya\"da ilin ən yaxşısı SEÇİLDİ

Hazırda oxunan: Mahir Emreli \"Legiya\"da ilin ən yaxşısı SEÇİLDİ

53874

Azərbaycan millisinin hücumçusu Mahir Emreli klubu “Legiya”da 2021-ci ilin ən yaxşı əcnəbi futbolçusu seçilib.

Bizim.Media xəbər verir ki, 25 yaşlı forvard Polşa klubunun rəsmi saytı vasitəsilə azarkeşlər arasında apardığı sorğunun qalibi olub.

42 faiz səs toplayan həmyerlimiz əsas rəqibləri Filip Mladenoviç və Tomaş Pekhartı qabaqlayıb. Serbiyalı Mladenoviç 39, çexiyalı Pekhart isə 19 faiz səslə üçüncü yeri tutub.

Qeyd edək ki, Mahir Emreli cari mövsüm “Legiya”nın heyətində keçirdiyi 33 oyunda 11 qol vurub. O, Polşa klubu ilə müqaviləsinə xitam verilməsi üçün rəhbərliyə məktub göndərib. Buna səbəb məğlubiyyət sonrası Polşa azarkeşlərinin hücumuna məruz qalması və klubun baş verənlərlə bağlı açıqlama yaymaması olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO