Azərbaycan millisinin və Polşanın "Legiya" klubunun futbolçusu Mahir Emreli Yunanıstan Superliqasında oynaya bilər.
Bizim.Media xəbər verir ki, Yunanıstan mediası "Aris"in M.Emrelini transfer etmək üçün danışıqlara başladığını yazıb.
"Aris"in 24 yaşlı hücumçunu birdəfəlik almaq hüququ ilə 6 aylıq icarəyə götürə biləcəyi vurğulanıb.
Qeyd edək ki, "Aris" hazırda Yunanıstan Superliqasında 7-ci pillədə qərarlaşıb.
Bizim.Media