Göygöldə cüdo üzrə “Zəfər Kuboku” keçirildi - FOTOLAR

Göygöldə cüdo üzrə “Zəfər Kuboku” keçirildi - FOTOLAR

Hazırda oxunan: Göygöldə cüdo üzrə “Zəfər Kuboku” keçirildi - FOTOLAR

53796

Göygöl Olimpiya İdman Kompleksində 15 yaşadək yeniyetmə cüdoçular “Zəfər Kuboku” adlı Respublika turnirində öz güclərini sınayıblar.

Bu barədə Bizim.Media-nın yerli bürosuna kompleksin direktor müavini Müzadil Həsənov verib.

Onun sözlərinə görə, Azərbaycan Cüdo Federasiyasının, Göygöl Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə və Göygöl rayon Gənclər və İdman  İdarəsinin dəstəyi ilə baş tutan yarışda ölkənin müxtəlif bölgələrindən 14 komandanı təmsil edən 200-dən çox oğlan və qız cüdoçu mübarizə aparıb.

Beynəlxalq Cüdo Federasiyasının standartları səviyyəsində keçirilən yarışın qalibləri və mükafatçıları kubok, medal və diplomlarla təltif edildilər.

Yarış mövcud pandemiya qaydalarına uyğun şəkildə və azarkeşsiz keçirilib.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO