Ukraynaya Olimpiya medalı qazandıran Pərviz Nəsibov Azərbaycana gəldi - FOTO/VİDEO

Ukraynaya Olimpiya medalı qazandıran Pərviz Nəsibov Azərbaycana gəldi - FOTO/VİDEO

Hazırda oxunan: Ukraynaya Olimpiya medalı qazandıran Pərviz Nəsibov Azərbaycana gəldi - FOTO/VİDEO

53532

Tokio Olimpiadasında Ukraynaya yunan-Roma güləşində gümüş medal qazandıran Azərbaycan əsilli Pərviz Nəsibov Azərbaycana səfər edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı o, özünün “Instagram” səhifəsində paylaşım edib.

Güləşçi Qazax rayonundakı evlərinin, bir zamanlar yaşadıqları ərazilərin foto və videolarını yayımlayaraq izləyicilərinə məlumat verib.

O, paylaşımın qeyd hissəsində bildirib ki, yenidən vətəndə olmaqda qürur hiss keçirir:

“Ümumiyyətlə, mənim həyatım çox maraqlıdır. Qazaxın ucqar dağ kəndində qoğulan uşaq Ukraynaya getdi və düzgün yol tutaraq nailiyyətlər qazandı”.

Bizim.Media

 







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO