Mahir aldığı ən ağır psixoloji zərbədən DANIŞDI - “Özili alqışladılar, məni isə...” – VİDEO

Mahir aldığı ən ağır psixoloji zərbədən DANIŞDI - “Özili alqışladılar, məni isə...” – VİDEO

Hazırda oxunan: Mahir aldığı ən ağır psixoloji zərbədən DANIŞDI - “Özili alqışladılar, məni isə...” – VİDEO

52868

Azərbaycan millisinin futbolçusu Mahir Emreli İctimai TV-də yayımlanan "Bol İdman" verilişində qonaq olub.

Bizim.Media xəbər verir ki, hazırda Polşa “Legiya”sında forma geyinən forvard aldığı ən ağır psixoloji zərbədən danışıb.

"Ən ağır psixoloji zərbəni gənc yaşımda almışam. Haqq etmədiyim halda öz azarkeşlərim tərəfindən fitə basılan oyunçuyam. Təsəvvür edin "Arsenal"la oyunda fitə basılıram, amma rəqib oyunçu Mesut Özil meydana çıxanda alqışlanır. Siz düşünün ki, 20-21 yaşlı bir futbolçu üçün bu necə bir hiss idi".

24 yaşlı oyunçu indi olan təzyiqlərin ona çox da təsir etmədiyini əlavə edib:

“Başa düşürəm ki, meydana çıxıb qol vura, ya da hansısa epizodu qaçıra bilərəm. Bunlar normaldır”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO