Varşavada blits və rapid üzrə dünya çempionatı start götürüb.
Bizim.Media xəbər verir ki, rapid yarışının ikinci günündə qadın şahmatçılar 5-8-ci, kişilər isə 6-9-cu turlarda mübarizə aparıblar.
Təmsilçilərimizdən ən yüksək nəticəni Gülnar Məmmədova göstərib. Belə ki, səkkiz turdan 6 xal toplayan şahmatçımız liderdən yarım xal geri qalaraq 2-7-ci yerləri bölüşür.
Xanım Balacayeva 5, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova 4,5, Gövhər Beydullayeva 4 xal toplayıblar.
Kişilərin yarışında isə şahmatçımız Şəhriyar Məmmədyarov 9 turdan 5,5 topalyaraq 33-cü sırada qərarlaşıb. Məhəmməd Muradlı, Aydın Süleymanlı və Xəzər Babazadə hərəyə 5 xal, Rauf Məmmədov, Vasif Durarbəyli isə 3,5 xal əldə ediblər.
Dekabrın 30-dək davam edəcək dünya çempionatının mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir.
Bizim.Media