"Qarabağ"ın qış hazırlıq planı müəyyənləşdi – Yanvarın 21-dən…

Hazırda oxunan: "Qarabağ"ın qış hazırlıq planı müəyyənləşdi – Yanvarın 21-dən…

52726

“Qarabağ” yanvarın 5-i Bakıda məşqləri bərpa edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə klubdan məlumat verilib.

Hazırlığın 2-ci mərhələsi Türkiyənin Antalya şəhərində baş tutacaq. Ayın 12-də qardaş ölkəyə yollanacaq Ağdam klubu "Gloria Sports Arena"da məskunlaşacaq.

"Qarabağ" yanvarın 14-ü "Qaz Metan" (Rumıniya), yanvarın 21-i "Şlyonsk Vroçlav" (Polşa), yanvarın 25-i isə “Visla Krakov” (Polşa) klubları ilə qarşılaşacaq.

Yanvarın 21-i və 25-i daha iki oyun nəzərdə tutulub. Komanda səhər saatlarında Serbiyanın "Batska Topola" və Slovakiyanın "Tatran" klubları ilə üz-üzə gələcək.

“Qarabağ”ın Antalya toplanışı yanvarın 26-da başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO