AFFA Mingəçevirdə süni örtüklü məşq meydançası salır

AFFA Mingəçevirdə süni örtüklü məşq meydançası salır

Hazırda oxunan: AFFA Mingəçevirdə süni örtüklü məşq meydançası salır

52723

AFFA Mingəçevirdə süni ot örtüklü məşq meydançası quraşdıracaq.

Bizim.Media xəbər verir ki, milli assosiasiya bununla bağlı tender elan edib.

Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ərazisində salınacaq 113mX76m ölçülü meydançada drenaj xəttinin qurulması, su rezervuarlarının və nasosxananın tikilməsi, həmçinin suvarma sisteminin çəkilməsi nəzərdə tutulub.

Tenderə 2022-ci il 14 yanvar saat 17:00-da yekun vurulacaq. Qalib şirkət üçün işə başlama tarixi kimi müqavilə bağlandıqdan dərhal sonra - 21 yanvar 2022-ci il müəyyənləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO