Millimizin baş məşqçisi Canni De Byazi Yunanıstan yığmasına rəhbərlik edə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə "Live Sport" nəşri məlumat yayıb.
Xəbərdə bildirilib ki, italiyalı mütəxəssisin AFFA ilə müqaviləsinin olmasına baxmayaraq o, Azərbaycanı tərk etməyə hazırdır.
Bu səbəbdən də 65 yaşlı çalışdırıcı Yunanıstan Futbol Federasiyasına təklif olunub.
De Byazidən başqa Cennaro Qattuzo və Roberto Donadoni də namizədlər sırasındadır. Lakin De Byazinin Yunanıstan Futbol Federasiyasında ən çox bəyənilən şəxs olduğu bildirilib.
Qeyd edək ki, AFFA dekabrın 2-də Canni De Byazinin müqaviləsini 2022-ci ilin noyabrınadək uzadıb. O, 2020-ci ildən yığmamızı çalışdırır.
Bizim.Media
- A-
- A
- A+
İdman
12:04 / 27.12.2021
De Byazi AFFA ilə müqaviləni poza bilər – Təklif aldı
Hazırda oxunan: De Byazi AFFA ilə müqaviləni poza bilər – Təklif aldı
Hazırda oxunan: De Byazi AFFA ilə müqaviləni poza bilər – Təklif aldı
52652
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.