Hazırda bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi postuna hər hansı təyinat planlaşdırılmır.
Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində gənclər və idman nazirinin müavini Mariana Vasileva deyib.
MÖVZU İLƏ BAĞLI:
“Bolqarıstana qayıdanda həmişə sevinirəm” - Mariana Vasileva
"Biz 7 nəfərdən ibarət məşqçilər şurası çağırdıq və müzakirələr apardıq. Həmçinin Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyi də tövsiyələrini verdi. Hazırda güclü və peşəkar kollektivimiz var. Konkret şəxsin baş məşqçi vəzifəsinə təyinatına ehtiyac duyulmur. Məşqçilər şurasının üzvləri birlikdə qərar qəbul edəcəklər. Mən həmişə onlara kömək edəcəyəm", - deyə M.Vasileva alavə edib.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:30 / 21.12.2021
Mariana Vasilevanın əvvəlki vəzifəsinə təyinat olacaq? - AÇIQLAMA
Hazırda oxunan: Mariana Vasilevanın əvvəlki vəzifəsinə təyinat olacaq? - AÇIQLAMA
Hazırda oxunan: Mariana Vasilevanın əvvəlki vəzifəsinə təyinat olacaq? - AÇIQLAMA
51834
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.