Mahir Emreli Bakıya gəldi

Mahir Emreli Bakıya gəldi

Hazırda oxunan: Mahir Emreli Bakıya gəldi

51470

"Legiya"da çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşadan ayrılıb.

Bizim.Media xəbər verir ki, hücumçu bu barədə “Instagram” hesabından paylaşım edib.

Axşam saatlarında Bakıya çatan Emreli hava limanından paylaşdığı posta "family coming first" (ailə birinci gəlir)  sözlərini yazıb.

Qeyd edək ki, "Legiya" fanatları Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum edib.

Başından xəsarət alan Mahir Emreli bu hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmayıb. Hücumçunun Varşava təmsilçisindən ayrılacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO