Bakıda Vüqar Həşimovun xatirə turniri başlayır - Şahmatçılar rapid və blits üzrə yarışacaqlar 

Bakıda Vüqar Həşimovun xatirə turniri başlayır - Şahmatçılar rapid və blits üzrə yarışacaqlar 

Hazırda oxunan: Bakıda Vüqar Həşimovun xatirə turniri başlayır - Şahmatçılar rapid və blits üzrə yarışacaqlar 

51250

Bu gün Bakıda Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunmuş 7-ci beynəlxalq superturnir start götürəcək.

Bizim.Media-nın məlumatına görə, "Fairmont Baku" otelində keçiriləcək və dekabrın 24-dək davam edəcək turnirdə 8 şahmatçı – Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli (hər üçü Azərbaycan), Fabiano Karuana (ABŞ), Sergey Karyakin (Rusiya), Riçard Rapport (Macarıstan), Vişvanatan Anand (Hindistan) və David Navara (Çexiya) mübarizə aparacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Vüqar Həşimov Memorialında iştirak edəcək şahmatçıların SİYAHISI


Turnirin reytinq favoriti Karuana və sabiq dünya çempionu Ananddır. ABŞ şahmatçısı 2 770 reytinq əmsalı ilə rapid, hindistanlı qrossmeyster isə 2 825 reytinq əmsalı ilə blits turnirinin reytinq favoritidir.

Şahmatçılar turnirdə rapid və blits üzrə yarışacaqlar. Qalib hər iki turnirin yekun nəticəsinin cəminə əsasən məlum olacaq.

Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə təşkil olunacaq.

Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib.

Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.

Ötən il koronavirus pandemiyası ilə əlaqədar turnir baş tutmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO