Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılır – Komandaların SİYAHISI

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılır – Komandaların SİYAHISI

Hazırda oxunan: Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılır – Komandaların SİYAHISI

0:00
0:00
50359

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Bizim.Media xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Püşkatmada qrup mərhələsini adlamış 16 komanda iştirak edəcək. Qrup qalibləri səpələnmişlər, ikinci yerin sahibləri səpələnməmişlər səbətində qərarlaşıb. Eyni qrupda oynamış eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilməzlər.

Səpələnməmişlər qrupunda yer alan komandalar ilk matçlarını səfərdə keçirəcəklər. 1/8 finalın ilk görüşləri 2022-ci il 15 - 16 və 22 - 23 fevralda, cavab qarşılaşmaları 8 - 9 və 15 - 16 martda oynanılacaq. Bütün oyunlar Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Səpələnmişlər:

"Ayaks" (Niderland), "Bavariya" (Almaniya), "Liverpul" (İngiltərə), "Lill" (Fransa), "Mançester Siti" (İngiltərə), "Mançester Yunayted" (İngiltərə), "Real Madrid" (İspaniya), "Yuventus" (İtaliya).

Səpələnməmişlər:

"Atletiko" (Madrid, İspaniya), "Benfika" (Portuqaliya), "Vilyarreal" (İspaniya), "Zaltsburq" (Avstriya), "İnter" (İtaliya), PSJ (Fransa), "Sportinq" (Portuqaliya), "Çelsi" (İngiltərə).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO