Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" bu gün Polşa çempionatında növbəti matçına çıxıb.
Bizim.Media xəbər verir ki, Varşava təmsilçisi 16-cı turda yığmamızın digər üzvü Anton Krivotsyukun oynadığı Plotsk "Visla"sının qonağı olub.
Görüşdə "Legiya" minimal hesabla uduzub. Matçdakı yeganə qolu 36-cı dəqiqədə Mateus Svoç vurub.
A.Krivotsyuk cəzalı olduğu üçün sözügedən görüşdə iştirak etməyib. M.Emreli isə start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə Kasber Skibiçki ilə əvəzlənib.
Qeyd edək ki, "Visla" hazırda turnir cədvəlində 26 xalla 7-ci, digərlərindən 2 oyun az keçirən "Legiya" isə 12 xalla 18-ci pillədə qərarlaşıb.
Bizim.Media