"Qəbələ" və "Səbail" 1/4 finala yüksəldilər - Azərbaycan Kuboku - VİDEO

Hazırda oxunan: "Qəbələ" və "Səbail" 1/4 finala yüksəldilər - Azərbaycan Kuboku - VİDEO

50088

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2021/2022 mövsümünə start verilib. 

Bizim.Media xəbər verir ki,  1/8 final mərhələsinin iki görüşündə “Zaqatala” doğma meydanda “Səbail”i qəbul edib. Matç qonaqların 1:3 hesablı qələbəsi ilə sona çatıb.

Qollar: Roini İsmayılov, 57 – Mirsayib Abbasov, 48, 90+2, Əfran İsmayılov, 67.

İkinci 1/4 finalçı da Premyer Liqa təmsilçisi olub.

“Qəbələ” MOİK-lə qarşılaşmanın ilk yarısını hesabda geri başa vursa da, fasilədən sonra rəqib qapısından iki top keçirərək əzmkar qələbə sayəsində növbəti mərhələyə adlayıb.

Qollar: İlham Allahverdiyev, 34 - Rövlan Muradov, 55, Ülvi İsgəndərov, 88

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO