“Qarabağ” səfərdə “Bazel”ə uduzdu – “Köhlən atlar”ın vurduğu qol sayılmadı

“Qarabağ” səfərdə “Bazel”ə uduzdu – “Köhlən atlar”ın vurduğu qol sayılmadı

Hazırda oxunan: “Qarabağ” səfərdə “Bazel”ə uduzdu – “Köhlən atlar”ın vurduğu qol sayılmadı

49957

Dekabrın 9-da UEFA Konfrans Liqasının qrup mərhələsinin altıncı turu çərçivəsində keçirilən matçda İsveçrənin “Bazel” klubu Ağdam təmsilçisi “Qarabağ”ı 3-0 hesabı ilə məğlub edib.

Bizim.Media xəbər verir ki, “Sent Yakob Park” stadionunda keçirilən görüşün 33-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Artur Kabral hesabı açıb. Matçın 62-ci dəqiqəsində "Bazel"in yarımmüdafiəçisi Paytim Kasami hesab arasındakı fərqi artırıb. Qarşılaşmanın 74-cü dəqiqəsində Artur Kabral özünün ikinci, komandasının isə üçüncü qolunu vurub. Bu oyunda vurulan son qol olub.

Qeyd edək ki, Ağdam təmsilçisinin isə 3-cü dəqiqədə vurduğu qol sayılmayıb.

Oyunu xorvatiyalı FIFA referisi Fran Yoviç idarə edib.

Ağdam təmsilçisinin heyətində Şahruddin Məhəmmədəliyev, Toral Bayramov, Kevin Medina, Maksim Medvedev, Abbas Hüseynov, Patrik Andrade, Qara Qarayev, Abdullah Zubir, Filip Ozobiç, Kadi Borqes və İbrahim Vadji meydana çıxıblar.

“Bazel” klubunun ilk onbirliyində isə Haynts Linder, Nasser Ciqa, Paytim Kasami, Artur Kabral, Valentin Stokker, Fabian Fray, Serxio Lopes Qalaçe, Vouter Burger, Raul Petretta, Matias Palasios və Edon Joqrova yer alıblar.

Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilən görüş qolsuz heç-heçə ilə başa çatıb.

Bu oyun “köhlən atlar” üçün avrokuboklarda yubiley matçı olub. Komanda beynəlxalq arenada 140-cı görüşünə çıxıb.

Bu qrupun digər oyununda Kiprin “Omoniya” komandası Qazaxıstanın “Kayrat” komandasını qəbul edib. Kiprdə keçirilən matçda qapılara qol vurulmayıb - 0:0.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO