İsveçrədə “Qarabağ”ın oyununu stadionda hansı azərbaycanlılar izləyəcək? – Komandadan AÇIQLAMA gəldi

İsveçrədə “Qarabağ”ın oyununu stadionda hansı azərbaycanlılar izləyəcək? – Komandadan AÇIQLAMA gəldi

Hazırda oxunan: İsveçrədə “Qarabağ”ın oyununu stadionda hansı azərbaycanlılar izləyəcək? – Komandadan AÇIQLAMA gəldi

49850

“Komandamızın əhval-ruhiyyəsi çox yüksək səviyyədədir. Dünən son məşqimizi keçirdik, mətbuat konfransı da baş tutdu. Artıq çox səbirsizliklə oyun saatını gözləyirik”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında hazırda İsveçrədə səfərdə olan “Qarabağ” komandasının mətbuat katibi Gündüz Abbaszadə deyib.

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda futbolçular niyə taksi sürücüsünə çevrilir? - Gündüz Abbaszadə çətin sual qarşısında - VİDEO


O, Avropada “Qarabağ”a dəstək olan həmyerlilərimizdən də söz açıb.

“Bizdə olan məlumata görə, burada Avropada yaşayan azərbaycanlı azarkeşlər stadionda olacaqlar. Çox təssüflər olsun ki, onların dəqiq sayları haqqında xəbər verə bilməyəcəyəm. Gördüyünüz kimi “Qarabağ” burada da dəstəksiz qalmayacaq”.

Sonda Gündüz Abbaszadə bütün “Qarabağ” azarkeşlərinə ismarıc yollayıb.

“Buradan niyyəti “Qarabağ”ı dəstəkləmək və  Azərbaycan komandasının yanında olmaq istəyən hər bir kəsə təşəkkürümüzü bildiririk”. 

Xatırladaq ki, bu gün “Qarabağ” növbəti sınağına çıxacaq. Komanda Konfrans Liqası çərçivəsində İsveçrənin "Bazel" komandası ilə qarşılaşacaq

"Sent Yakob-Park" stadionunda oynanılacaq və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq görüşü xorvatiyalı FIFA referisi Fran Yoviç idarə edəcək. Bu komandalar arasında Bakıdakı oyunda hesab açılmayıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO