Mikayıl Cabbarov Güləş Federasiyasının prezidenti seçildi

Mikayıl Cabbarov Güləş Federasiyasının prezidenti seçildi

Hazırda oxunan: Mikayıl Cabbarov Güləş Federasiyasının prezidenti seçildi

0:00
0:00
49724

Dekabrın 8-də Azərbaycan Güləş Federasiyasının Ümumi Yığıncağının növbədənkənar iclası keçirilib.

Bizim.Media xəbər verir ki, toplantı Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Mandat komissiyasının üzvləri və iclasın gündəliyi təsdiq olunduqdan sonra AGF-nin baş katibi Orxan Məmmədov 2018-2021-ci illərdə güləşdə qazanılan nəticələrlə bağlı hesabatı təqdim edib.

Daha sonra səsvermə yolu ilə iqtisadiyyat naziri Mikayıl Cabbarov AGF-yə üzv seçilib. Bundan sonra M.Cabbarovun federasiyanın prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb.

Səsvermənin nəticələrinə əsasən, M.Cabbarov növbəti 4 il müddətinə Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO