UEFA Konfrans Liqasının qrup mərhələsinin 6-cı turunda “Bazel”in qonağı olacaq “Qarabağ”ın səfər planı açıqlanıb.
Bizim.Media xəbər verir ki, Ağdam klubu İsveçrəyə bu gün yollanacaq.
“Qarabağ”ı Bazel şəhərinə aparacaq təyyarə saat 18:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
Baş məşqçi Qurban Qurbanov dekabrın 8-i yerli vaxt ilə 18:40-da (Bakı vaxtı ilə 21:40) mətbuat konfransında iştirak edəcək. Açıq məşqi isə yerli vaxt ilə 19:00-da (Bakı vaxtı ilə 22:00) matçın oynanılacağı “Sankt Yakob Park”da baş tutacaq.
Qeyd edək ki, “Bazel” - “Qarabağ” matçı dekabrın 9-u saat 21:00-da (Bakı vaxtı ilə 00:00) keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
12:51 / 07.12.2021
“Qarabağ”ın səfər proqramı açıqlandı
Hazırda oxunan: “Qarabağ”ın səfər proqramı açıqlandı
Hazırda oxunan: “Qarabağ”ın səfər proqramı açıqlandı
49466
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.