Mahir “Legiya”dan ayrılır – Yeni təklif aldı

Mahir “Legiya”dan ayrılır – Yeni təklif aldı

Hazırda oxunan: Mahir “Legiya”dan ayrılır – Yeni təklif aldı

48896

Mahir Emreli mövsümün sonunda "Legiya"dan ayrıla bilər.

Bizim.Media "efotbal.cz"a istinadən xəbər verir ki, millimizin hücumçusu ilə Çexiyanın "Slaviya" klubu yaxından maraqlanır.

Xəbərdə Praqa klubunun baş məşqçisi Yindrjix Trpişovskinin Mahiri bəyəndiyi qeyd olunub.

Məlumata görə, "Legiya" hazırkı çətin vəziyyətdən çıxa bilməsə, avrokuboklarda mübarizəni dayandırsa, azərbaycanlı futbolçu Polşadakı karyerasını bitirəcək. 

Qeyd edək ki, bu ilin yayından "Legiya"nın formasını geyinən Mahir Emrelinin klubla müqaviləsi 2024-cü ilin iyununa qədərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO