AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında verilən QƏRARLAR

AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında verilən QƏRARLAR

Hazırda oxunan: AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında verilən QƏRARLAR

48709

AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb.

Bizim.Media xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilə 2022-ci il oktyabr ayına qədər uzadılıb. Baş məşqçi növbəti bir ay ərzində 10 aylıq hazırlıq planını AFFA-ya təqdim etməlidir.

Aşağı yaş qruplarından ibarət milli komandalara aşağıda göstərilmiş baş məşqçilər təyin olunublar:

U-15/U-16 - Füzuli Məmmədov

U-17 - Elxan Abdullayev

U-18 - Aqil Nəbiyev

AFFA tərəfindən Gəncədə Futbol Akademiyasının AFFA tərəfindən keçirlimiş tenderə uyğun olaraq inşası təsdiqlənib.

Regionlarda klublara maliyyə dəstəyinin təmin olunması məqsədilə bölgələrdəki futbol klublarına dəstək fondu təsis olunub. Müvafiq hüquqi prosedurların həyata keçirilməsi AFFA-nın baş katibliyinə tapşırılıb.

"Dalğa Arena”nın yaxınlığında yerləşən, müvafiq infrastruktura daxil olmayan AFFA-ya məxsus torpaq sahəsi satışa çıxarılıb.

Apellyasiya və Arbitraj Tribunalının üzvü Zaur Qəhrəmanov öz xahişi ilə üzvlükdən azad olunub. Gülağa Cabarov Apellyasiya və Arbitraj Tribunalının üzvü təyin olunub.

Əsgər Abdullayev Məşqçilər Komitəsinə üzv təyin olunub.

AFFA-nın Futbol akademiyasının təmir olunması üçün FIFA Forward Layihəsindən 150 000.00 ABŞ dolları məbləğində maliyyələşməsi təsdiq olunub.
 

MÖVZU İLƏ BAĞLI:

AFFA De Byazi ilə bağlı qərarını verdi – YENİ MÜQAVİLƏ


VAR ( Video Assistant Referee) layihəsi üçün 500 000.00 ABŞ dolları məbləğində FIFA Forward Layihəsindən maliyyə vəsaitinin ayrılması təsdiq olunub.

İclasın sonunda “Qarabağ” klubuna UEFA Avropa Konfrans Liqasında play-off mərhələsinə vəsiqə qazanması münasibətilə AFFA-nın İcraiyyə Komitəsinin adından təbrik ünvanlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO