Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbərliyi və İcraiyyə Komitəsinin üzvlərinin yeni tərkibdə keçirilən ilk iclasında qurumun baş katibi təsdiqlənib.
Bizim.Media xəbər verir ki, yeniyetmələr arasında dünya çempionu, beynəlxalq qrossmeyster İlahə Qədimova AŞF-nin baş katibi təyin olunub.
46 yaşlı İlahə Qədimova 1992-ci ildə müstəqil Azərbaycana Avropa çempionatının ilk bürünc medalını qazandıran komandanın iki üzvündən biri olub.
O, 1992 və 1993-cü ildə 18 yaşadək qız şahmatçılar arasında dünya çempionu olub. 2008-ci ildən aktiv şahmatçı karyerasını başa vuran Qədimovaya 2016-cı ildə FIDE hakimi adı verilib.
Qeyd edək ki, bu gün keçirilən seçkidən sonra prezident postunda Mərkəzi Bankın sədri Elman Rüstəmovu federasiyanın bunadək vitse-prezidenti olan Mahir Məmmədov əvəzləyib.
Faiq Həsənov federasiyanın I vitse-prezidenti və Seymur Talıbov vitse-prezident kimi işini davam etdirəcək.
Bizim.Media