\

\"Bazel\" əzimkar qələbə ilə qrup lideri oldu - YENİLƏNİB

Hazırda oxunan: \"Bazel\" əzimkar qələbə ilə qrup lideri oldu - YENİLƏNİB

47710

Matçın 56-cı dəqiqəsində meydan sahibləri növbəti dəfə önə keçiblər. Lakin isveçrəlilər 69-cu dəqiqədə yenidən hesabı bərabərləşdiriblər. Bu dəfə Edon Jeqrova fərqlənib.

Görüşdə son nöqtəni isə 73-cü dəqiqədə Paytim Kasami qoyub. Bu nəticədən sonra xallarını 11-ə çatdıran "Bazel" hələlik liderliyə yüksəlib.

***

"Bazel"  45-ci dəqiqədə Kabralın penalti zərbəsini dəqiq yerinə yetirməsi sayəsində hesabı bərabərləşdirib.

***

Bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində V turun oyunları keçirilir.

Bizim.Media xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ"ın yer aldığı H qrupunda "Bazel" Qazaxıstanda "Kayrat"la qarşılaşmada uduzur. 

Matçın 23-cü dəqiqəsində Vaqner Lav ev sahiblərini önə çıxarıb. İlk hissə bu hesabla yekunlaşıb.

Bakıda Kipr "Omoniya"sını sınağa çəkəcək Ağdam klubu qalib gələcəyi halda, 1/8 finala vəsiqəni təmin edə bilər. Bunun üçün İsveçrə "Bazel"i Qazaxıstanda "Kayrat"la oyunda xal itirməlidir. Əks-halda birinci yerin taleyi son tura qalacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO