Millimizin baş məşqçisinin cəsarətə ehtiyacı var – Daha 2 il?

Millimizin baş məşqçisinin cəsarətə ehtiyacı var – Daha 2 il?

Hazırda oxunan: Millimizin baş məşqçisinin cəsarətə ehtiyacı var – Daha 2 il?

47495

"Əlbəttə, daha yaxşı nəticələr əldə etmək olardı. Amma işlədiyiniz konteksti, sahib olduğunuz oyunçuları, həmçinin mentalitet və münasibətdəki fərqləri başa düşməlisiniz".

Bizim.Media xəbər verir ki, bu fikirləri italiyalı baş məşqçi Canni De Byazi Azərbaycan millisindəki 1,5 illik fəaliyyəti barədə TMW radiosuna müsahibəsində deyib.

65 yaşlı mütəxəssis yığmadakı işini 6 balla qiymətləndirdiyini söyləyib:

"Bəlkə də işimi davam etdirmək üçün mənə bir az cəsarət lazımdır. Amma hələ nə olacağını bilmirəm. Yaxın günlərdə AFFA rəhbərliyi ilə məsələni müzakirə edəcəyik. Ümid edirəm ki, daha 2 il işimi davam etdirə bilərəm. Mən hazıram. Görək, federasiya hansı qərarı verəcək".

Qeyd edək ki, Canni De Byazinin AFFA ilə müqaviləsi noyabrın 30-da başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO