Fransada azərbaycanlılar ermənilərlə arasında İNSİDENT

Fransada azərbaycanlılar ermənilərlə arasında İNSİDENT

Hazırda oxunan: Fransada azərbaycanlılar ermənilərlə arasında İNSİDENT

47331

Fransada klublarası güləş çempionatında Azərbaycan və Ermənistan azarkeşləri arasında insident baş verib.

Bu barədə Bizim.Media-ya açıqlamasında "Şiltgem" komandasında çıxış edən Azərbaycanın yunan-Roma güləşçisi İslam Ababsov bildirib.

87 kq çəki dərəcəsində mübarizə aparan 25 yaşlı idmançı "Mets"dəki erməni güləşçi Edqar Xaçatryanı 8:0 hesabı ilə məğlub etdikdən sonra tribunada mübahisənin yarandığını söyləyib: 

"Klubumuza qələbə lazım olduğu üçün yuxarı çəki dərəcəsində güləşirdim. Erməni rəqibim gənclərdə Avropa və dünya çempionatlarının mükafatçısı idi. Rəqibin də mənimlə görüşdə uduzmaq istəmədiyini hiss edirdim. Qarşılaşma başa çatandan sonra tribunada mübahisə oldu. Həmyerlilərim bayraqlarla mənə dəstək verirdi. Qələbə qazanandan sonra isə erməni fanatlar dəli oldular. Ermənilər aranı qızışdırmağa çalışırdı. Daha sonra mühafizə gəldi və azarkeşləri sakitləşdirdilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO