FIFA

FIFA "The Best" mükafatına namizəd futbolçuların SİYAHISINI açıqladı

Hazırda oxunan: FIFA "The Best" mükafatına namizəd futbolçuların SİYAHISINI açıqladı

47212

FIFA "The Best" mükafatına namizəd futbolçuların siyahısını açıqlayıb.

Bizim.Media qurumun rəsmi saytına istinadla xəbər verir ki, bu ada Fransa PSJ-sindən Kilian Mbappe, Lionel Messi və Neymar, İspaniya "Real Madrid"indən Kərim Benzema, İngiltərənin "Mançester Siti" klubundan Kevin De Brüyne, "Mançester Yunayted"dən Kriştianu Ronaldu, "Çelsi"dən Jorjinyo və N Qolo Kante, "Liverpul"dan Məhəmməd Salah, həmçinin Almaniyanın "Borussiya" (Dortmund) komandasından Erlinq Holann və Almaniya "Bavariya"sından Robert Levandovski iddia edir.

"The Best" - ilin ən yaxşı fərdi nailiyyətləri üçün nəzərdə tutulan FIFA mükafatıdır. Bu il 22 noyabr - 10 dekabrda aparılacaq səsvermənin yekununda Ən yaxşı oyunçu, Ən yaxşı baş məşqçi, Ən yaxşı qapıçı, Fair Play, Ən yaxşı qol üçün Puşkaş mükafatı, azarkeşlər üçün mükafatın sahibləri və İlin rəmzi komandası müəyyənləşəcək. Fərdi mükafatlar həm kişi, həm də qadın futbolunun təmsilçilərinə veriləcək.

Mükafatlandırma mərasimi 2022-ci il yanvarın 17-də baş tutacaq.

Qeyd edək ki, ötən il FIFA-nın versiyasına əsasən dünyanın ən yaxşı futbolçusu adına polşalı hücumçu Robert Levandovski yiyələnmişdi. 33 yaşlı forvard "Qızıl buts" mükafatına da layiq görülmüşdü.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO