"Bizim üçün yaxşı sınaq oldu. Fiziki baxımdan füclü komandaya qarşı oynadıq. Uzun müddətdir birlikdə oynayırlar və bu sistem üzərində işləyirlər. Nəticə fərqli ola və qələbə qazana bilərdik".
Bizim.Media-nın məlumatına görə, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Qətərlə 2:2 hesablı heç-heçə etdikləri yoldaşlıq oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Futbol üzrə Azərbaycan millisi Qətərlə heç-heçə etdi
65 yaşlı mütəxəssis bildirib ki, görüşün sonlarında hesabı öz xeyirlərinə dəyişmək üçün şansları olub: "Son dəqiqələrdə qol buraxdıq. Amma ondan sonra da önə keçmək üçün şansımız oldu. Birinci hissədə yaxşı oynadıq. İkinci yarıda isə bərabərlik qolunadək əla çıxış etdik".
Bizim.Media