Bəraət alan dünya çempionunun hökmündən protest verildi - DETALLAR

Bəraət alan dünya çempionunun hökmündən protest verildi - DETALLAR

Hazırda oxunan: Bəraət alan dünya çempionunun hökmündən protest verildi - DETALLAR

45572

Baş Prokurorluq “Emin 444” ləqəbli kriminal aləm üzvü Emin Səfərovun ölümü ilə bağlı həbs edilən kikboks üzrə dünya çempionu Zaur Yusifovun bəraət alaraq azadlığa çıxması barədə hökmdən apellyasiya protesti verib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması və cinayət qanununun normasının düzgün tətbiq edilməməsi əsası ilə dövlət ittihamçısı tərəfindən həmin hökmdən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilib.

Hökmə əsasən, Zaur Yusifova bəraət verilib, Həsən Tağıyev isə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il mayın 9-da Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev 1988-ci il təvəllüdlü Emin Səfərovu avtomobilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. İstintaq zamanı 1984-cü il təvəllüdlü Zaur Yusifov da tutulub.

Zaur Yusifov kikboks üzrə dünya çempionudur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO