"Səbail" baş məşqçini yola saldı - Müqaviləsinə xitam verildi

Hazırda oxunan: "Səbail" baş məşqçini yola saldı - Müqaviləsinə xitam verildi

45465

“Səbail”in əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Ruslan Qafitullin vəzifəsindən ayrılıb.

Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, 2018-ci ildən etibarən “Səbail”in U-17 və U-19 komandalarında, 2021-ci ildən etibarən isə “Səbail-2”də baş məşqçi vazifəsində çalışan Ruslan Qafitullinin klub ilə müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə olunub.

Bundan sonra sözügedən komandanı “Səbail-2”də köməkçi məşqçi vəzifəsində çalışan Səbuhi Həsənov çalışdıracaq.

O, 2021-ci ilin dekabr ayının sonunadək komandanın baş məşqçisi vəzifəsini icra edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO