"Qarabağ" "Sumqayıt"ın qonağı olacaq - "Zəfər turu"na yekun vurulur

Hazırda oxunan: "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq - "Zəfər turu"na yekun vurulur

44976

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X turun növbəti oyunları keçiriləcək.

Bizim.Media xəbər verir ki, "Zəfər turu"na iki qarşılaşma ilə yekun vurulacaq.

Günün ilk matçında "Səbail" "Qəbələ"ni qəbul edəcək. Paytaxt klubu 9 xalla 7-ci, əyalət təmsilçisi 15 xalla 4-cü pillədə qərarlaşıb.

Komandalar Premyer Liqada indiyədək 16 dəfə üz-üzə gəliblər. Bunların 7 də qonaqlar, 4 də isə "dənizçilər" meydanı 3 xalla tərk edib. Topların fərqində də "qırmızı-qaralar"ın aşkar üstünlüyü var - 29:16.

Tura "Sumqayıt" - "Qarabağ" görüşü ilə yekun vurulacaq. Ağdam klubu 20 xalla liderdir, "gənclik şəhəri" təmsilçisi 11 xalla 5-ci yerdədir.
 

Tərəflər ölkə çempionatlarında 36 dəfə qarşılaşıblar. Meydan sahibləri 5, qonaqlar isə 26 qələbə qazanıb. 5 oyunda isə qalib müəyyənləşməyib. "Qarabağ" son 6 oyundur rəqibinə uduzmur. “Sumqayıt” isə son üç ev matçında xal qazanıb.


Qeyd edək ki, "Zəfər turu"nun digər qarşılaşmalarında "Keşlə" evdə "Neftçi"ni 3:2 hesabı ilə üstələyib. "Sabah" - "Zirə" görüşündə isə heç-heçə qeydə alınıb - 3:3.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO