Azərbaycanlı güləşçi yarımfinala yüksəldi - Dünya çempionatında

Azərbaycanlı güləşçi yarımfinala yüksəldi - Dünya çempionatında

Hazırda oxunan: Azərbaycanlı güləşçi yarımfinala yüksəldi - Dünya çempionatında

44932

Azərbaycanın daha 3 sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayıb.

Bizim.Media-nın məlumatına görə, 6-cı yarış günündə İntiqam Vəlizadə (61 kq), Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) qüvvəsini sınayıb. Abubakr Abakarov (86 kq) səhhəti ilə bağlı problem yarandığı üçün xalçaya çıxmayıb.

Vəlizadə ilk görüşündə Fransa təmsilçisi Arman Eloyana uduzub. Bayramov təsnifatda ukraynalı Vadim Kirilenkoya qalib gəlsə də, 1/8 finalda rusiyalı Çermen Valiyevlə bacarmayıb. 

Nurməhəmmədov isə ardıcıl olaraq moldovalı Andrian Qrosul və almaniyalı Yohannes Mayer ilə dueldən qalib ayrılaraq, yarımfinala yüksəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO