"Sabah" - "Zirə" matçında 6 qol - VİDEO

Hazırda oxunan: "Sabah" - "Zirə" matçında 6 qol - VİDEO

44918

Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib.

Bizim.Media-nın məlumatına görə, "Zəfər turu"nun açılış oyununda "Sabah" "Bank Respublika Arena"da "Zirə"ni qəbul edib. 

Meydan sahibləri yeni baş məşqçisi Murad Musayevin rəhbərliyi altında çıxdığı ilk qarşılaşmadan 3:3 hesablı heç-heçə ilə ayrılıb.

Görüş erkən qolla başlayıb. 55-ci saniyədə "Sabah"ın yarımmüdafiəçisi Coy-Lens Mikels hesabı açıb. Almaniyalı futbolçu bununla mövsümün ən erkən qolunu vurub.

Cəmi 4 dəqiqə sonra qonaqlar tarazlığı bərpa ediblər. Davit Volkov adını tabloya yazdırıb. 23-cü dəqiqədə Mikels özünün və komandasının 2-ci qoluna imza atıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Xuan Kamara hesab arasındakı fərqi minimuma endirib.

İspaniyalı oyunçu fasilədən dərhal sonra ikinci sarı vərəqəni görərək meydandan qovulub. Say üstünlüyündən istifadə edən "qartallar" 59-cu dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. Volkov dublunu rəsmiləşdirib. Görüşdə son nöqtəni də gürcüstanlı hücumçu qoyub.

82-ci dəqiqədə fərqlənən forvard həm komandasını məğlubiyyətdən xilas edib, həm də mövsümün ilk het-trikini gerçəkləşdirib.

Bu nəticədən sonra xallarını 16-ya çatdıran "Zirə" 3-cü pilləyə yüksəlib. 8 xalı olan "Sabah" isə sonuncu sıradan xilas olaraq, 7-ci yerə qalxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO